Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Oğuz elinin qəhrəmanı” adlı filmin nümayişi keçirilmişdir

26.01.2022

26 yanvar 2022-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkdiyi növbəti film - Azərbaycanın Milli Qəhrəmanı Alıcanov Rafiq Cəfər oğlunun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş
“Oğuz elinin qəhrəmanı” adlı filmin nümayişi keçirilmişdir. 
Film nümayişindən əvvəl canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Şəhid ailələri və qazilər, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Milli Qəhrəmanın yaxın qohumları, mədəniyyət, təhsil və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında belə filmlərin böyük rolu və əhəmiyyəti olduğunu qeyd edib. Çıxış edənlər filmin ərsəyə gəlməsində əməyi olan ssenari müəllifi və rejissoru Kəmalə Musazadəyə, icraçı prodüseri Azad Axundova, prodüseri Nazim Hüseynova və operator Azər Əlixanova minnətdarlıqlarını bildirmişlər.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.

 

144 KB

 

149.7 KB

 

112.3 KB

 

91.9 KB

 

104.3 KB

 

150.5 KB